Dek 11, 2017 19:34 Asia/Baku
  • Fələstin xalqının etirazı bəhreynli heyətin Qəzzə səfərinin ləğvinə səbəb olub
    Fələstin xalqının etirazı bəhreynli heyətin Qəzzə səfərinin ləğvinə səbəb olub

ABŞ prezidentinin Qüdsün sionist rejimin paytaxtı elan olunması üzrə qərarından bir neçə gün sonra işğal olunmuş əraizlərə səfər etmiş bəhreynli heyət Fələstin xalqının müxalifətlərindən sonra Qəzzəyə səfərini ləğv edibdir.

Bəhreynli heyət bu gün bir bəyanatda bildirib ki, qərar üzrə sionist işğalçıların nəzarətində olan Qəzzə zolağının şimalındakı Beyt Hanun vasitəsilə həyata keçməli olan bu zolağa planlaşdırılmış səfər rəsmi müxalifətlərə və Fələstin xalqının müxalifətlərinə görə ləğv olunubdur.

Bəhreynli heyətin Qəzzə zolağına daxil olmasının qarşısını almaq məqsədilə aksiya keçirən fələstinli gənclər bu heyətə tərəf iylənmiş yumurta, daş və ayaqqabı tullayaraq, bildiriblər ki, bu heyətin işğal olunmuş ərazilərə sazişkaranə səfərdən sonra Qəzzə zolağına daxil olmasına icazə verməyəcəklər.

Fələstinin orta və ali təhsil nazirliyi də bir bəyanatda bildirmişdi ki, fələstinli məktəblərdə əsla bəhreynli heyət qarşılanmayacaq və onunla mübarizə aparılacaqdır.

Fələstinin Həmas hərəkatı da bildiribdir ki, bəhreynli heyətin işğal olunmuş ərazilərə səfəri sionist rejimin Fələstin xalqına qarşı təcavüzləri və cinayətlərinin davam etməsi və şiddətlənməsinə bais olacaq bir cinayətdir.

Bəhreynli heyətin işğal olunmuş ərazilərə səfəri elə bir haldadır ki, dünya Trampın Qüds əleyhinə qərarına qarşı etiraz və hiddət səhnəsinə çevrilibdir.

Teqlər