Ali-Səudun sionist rejim ilə əməkdaşlıq faktları ifşa olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289069-ali_səudun_sionist_rejim_ilə_əməkdaşlıq_faktları_ifşa_olunub
Qətərdə çıxan Əşşərq qəzeti Səudiyyə Əribistanının Xarici İşlər Nazirliyinin sionist rejim ilə gizli əməkdaşlıqları barədə faktları yayıb. Faktlar göstərir ki, 1966-cı ildə Ərrəyad Təl-Əvivdən Misirin Sina bölgəsini işğal etməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2017 08:58 Asia/Baku
  • Ali-Səudun sionist rejim ilə əməkdaşlıq faktları ifşa olunub
    Ali-Səudun sionist rejim ilə əməkdaşlıq faktları ifşa olunub

Qətərdə çıxan Əşşərq qəzeti Səudiyyə Əribistanının Xarici İşlər Nazirliyinin sionist rejim ilə gizli əməkdaşlıqları barədə faktları yayıb. Faktlar göstərir ki, 1966-cı ildə Ərrəyad Təl-Əvivdən Misirin Sina bölgəsini işğal etməsini istəyib.

Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Əşşərq qəzeti Səudiyyə Ərəbistanının XİN-in gizli teleqramlarını yayaraq bu dövlətin ərəb xalqları xüsusiylə də Fələstin xalqına qarşı məkirli planlarının yeni cəhətlərini ifşa edib. Məlumatda bildirilir ki, Ərrəyada 27 dekabr 1966-cı ildə sionist rejimdən açıq aşkar istəyib ki, Misirin sina ərazilərini işğal etsin. 

Ərrəyad sionist rejimin dayaqlarının güclənməsi üçün cəhdlər həyata keçirərək Suriyaya hücum və bu ölkənin bir hissəsinin ayrılmasını təklif edib. 

Bu məlumata görə, Səudiyyə Ərəbistanı sionist rejimini Qəzzə zolağı və İordan çayının qərb sahilini də işğal etməyə çağırıb və beləliklə fələstinlilərin hərhansı hərəkətinə yaxud hərhansı ərəb ölkəsinin Fələstinin azad edilməsi uğrunda səylərinə mane olsun. 

Ərrəyad bu təkliflə  fələstinli didərginlərin qayıtmaq haqının silinməsinə çalışıb.

Bu sənədlərə görə, sionist rejim əlaqələrin adiləşdirilməsi dövrünü planlaşdırıb və MOSSAD Səudiyyə Ərəbistanının kəşfiyyat aparatına gizli informasiya dəstəyi təqdim edib və bu dəstək 2012-ci ildən bəri artıb. 

Öncə sionist rejim baş naziri Benyamin Netanyahu İsrail rejiminin bəzi ərəb ölkələri ilə əlaqələrinin misilsiz səviyyəyə yüksəldiyini etiraf etmişdi.