Nəsrullah: Müqavimətin əsas prioriteti Qüds və Fələstin məsələsi olacaq
Livan Hizbullahının baş katibi bu gün Beyrutun cənubunda, Zahiyə məntəqəsində ABŞ prezidentinin Qüdslə bağlı son qərarına etiraz olaraq keçirilən aksiyada etdiyi çıxışında deyib: ABŞ-ın Fələstinin xeyrinə hər hansı bir addım atacağını düşünənlər üçün höccət başa çatmışdır.
ABŞ prezidentinin qərarı sionist rejimin sonunun başlanğıcı idi. Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutun Zahiyə məntəqəsində müqavimət qüvvələri qarşısında etdiyi çıxışında deyib: Trampın düşmənçi rəftarına ən yaxşı cavab işğal edilmiş ərazilərdə yeni bir intifazənin başlanmasıdır.
Seyid Həsən Nəsrullah deyib: “Bu gün, ABŞ-ın Fələstinlilərin mənafeyinə yönəlik müdaxiləsinə ümid bəsləyənlər üçün, höccət başa çatmışdır. Nəticəsiz müzakirə yolunu seçənlər üçün höccət başa çatmışdır. Hamı artıq bilməlidir ki, ABŞ Fələstində və regionda sülh istəmir. ABŞ İŞİD və təkfirçi terrorçu qrupları yaratmaqla Qüdsün unudulmasını istədi. Amma, Fələstin xalqının müqavimət göstərdiyi zamana kimi, Tramp və onun kimilər Qüdsü İslam Dünyasından qopara bilməyəcəklər. Trampın müdaxilə xarakterli qərarına ən yaxşı cavab işğal edilmiş ərazilərdə 3-cü intifazənin elan edilməsidir.”
Seyid Həsən Nəsrullah deyib: Öz diyarından didərgin düşən fələstinlilərin öz evlərinə qayıtmaları röyası Allahın istəyi ilə tezliklə gercəkləşəcək.
Livan Hizbullahının baş katibi müqavimət cəbhəsinin son zamanlar terrorizm ilə mübarizədəki qələbələrinə işarə edərək deyib: Bu gündən sonra müqavimət cəbhəsinin bütün diqqəti və əsas prioritetinin Qüds və Fələstin məsələsi olacağını elan edirəm. Biz var gücümüzlə Fələstin xalqı və müqavimət qruplarının kənarında olacağıq.
Seyid Həsən Nəsrullah həmçinin, İsrail rejiminə daha artıq təzyiqin göstərilməsi üçün bu rejimin baykot edilməsini istəyib: “Fələstin Özünüidarə Hökuməti, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin görəcəkləri yeganə iş müzakirə prosesinin dayandırıldığını elan etmək və artıq “Ərəb Sülh Planı” adlı bir planın olmadığını bildirmələridir. Deməlidirlər ki, siz öz qərarınızdan dönməzsəniz, biz də öz qərarımızdan dönməyəcəyik. Siyasi baxımdan da bu bir təzyiq vasitəsi olaraq təsirli taktikadır. Necə ki, biz heç vaxt müzakirə və sülh prosesinə inanmamışıq.