Fələstin Xalq Cəbhəsi general Süleymaninin mövqeyini alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289127-fələstin_xalq_cəbhəsi_general_süleymaninin_mövqeyini_alqışlayıb
Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin baş katibinin müavini İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qoşunlarının komandanının Fələstin barədə bəyanatını yüksək qiymətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2017 17:06 Asia/Baku
  • Fələstin Xalq Cəbhəsi general Süleymaninin mövqeyini alqışlayıb
    Fələstin Xalq Cəbhəsi general Süleymaninin mövqeyini alqışlayıb

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin baş katibinin müavini İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qoşunlarının komandanının Fələstin barədə bəyanatını yüksək qiymətləndirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qoşunlarının komandanı General Qasim Süleymani İzzəddin Qəssam batalyonları və İslami Cihad Batalyonlarının komandanlığı ilə telefon əlaqəsində İran İslam Respublikasının Fələstin İslami Müqavimət qüvvələrinə hər cür dəstək verməyə hazır olduğunu bildirib. 

Fars xəbər agentiyinin verdiyi məlumata görə, Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin komandan müavini General Əbu Əhməd Fuad deyib: General Süleymaninin özü əməliyyat komandanı və təcrübəli komandan olduğundan onun tərəfindən söylənilənləri himayə edirik.