Mahmud Abbas: İsrailin sərhədi yoxdur ki, paytaxtı da olsun
Fələstini özünüidarə hökumətinin başçısı deyib: İsrailin sərhədi yoxdur ki, paytaxtı da olsun.
Mahmud Abbas çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatının fövqəladə İstanbul iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına reaksiya olaraq deyib: Qüdsün Fələstinin paytaxtı elan edilmədiyi zamana kimi Fələstin və İsrail arasında heç bir sülh danışığı olmayacaq.
Fələstin özünüidarə hökumətinin başçısı deyib: İngiltərə 100 il öncə Balfur bəyannaməsi ilə heç bir haqqa malik olmayan sionistlər qarşısında üzərinə öhdəlik götürdü və bu işdə onun başlıca şəriki ABŞ idi. Bu gün də Donald Tramp Balfur bəyannaməsinin davamı olaraq Qüdsü sionistlərə hədiyyə etdi.
Mahmud Abbas bu gün Britaniya hökumətinin Balfur bəyannaməsi qarşısında öz mövqeyini dəyişməsi Londonun İsrailin təsis edilməsindəki cinayətini azaltmadığını deyərək, əlavə edib: Qüds Fələstin dövlətinin paytaxtı olub və sonsuza kimi də Fələstin dövlətinin paytaxtı olaraq qalacaq.
Fələstin özünüidarə hökumətinin başçısı Qüdsü himayə etmək və işğalçılığın başa çatacağı zamana kimi bu müqəddəs məkanı qorumaq məqsədi ilə təsirli bir qərarın çıxarılmasına təkid edib və deyib: Trampın Qüdsə qarşı qərarı BMT TŞ-nin qətnamələrinin pozulması anlamına gəlir.
Mahmud Abbas ABŞ-ın Fələstinin qırmızı xətlərini keçməsindən sonra artıq fələstinlilərin də öz öhdəliklərinə sadiq qalmayacaqlarını deyib: Amerika sülh müzakirələrindəki vasitəçi rolunu itirib və Fələstin artıq ABŞ-ın siyasi prosesdə rol oynamasını istəmir.
Fələstin özünüidarə hökumətinin başçısı bir çox ölkənin o cümlədən ABŞ-ın İsrailin Fələstin ərazilərinə qarşı intensiv hücumları qarşısında sükut etməsinə işarə edərək, deyib: Beynəlxalq qanunları davamlı şəkildə İsrail tərəfindən pozulması Fələstin özünüidarə hökumətini İsrail ilə imzalanmış anlaşmaları o cümlədən Oslo anlaşmasını ləğv etmək istiqamətinə aparır.