İslam Əməkdaşlıq Təşkilatının baş katibi: Dünya ölkələri Fələstini rəsmən tanısınlar
İƏT-in baş katibi dünya ölkələrindən müstəqil Fələstin ölkəsini rəsmən tanımalarını istəyib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Usəymin çərşənbə günü İstanbulda keçirilən fövqəladə sammit iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarını kəskin formada qınayıb.
Yusif bin Əhməd Əl-Usəymin əlavə edib: Bu hərəkət beynəlxalq qanunların və BMT nizamnaməsinin aşkar formada pozulması, Qüdsün vəziyyətinin qorunması ilə bağlı beynəlxalq razılıqdan çıxmaq mənasındadır.
İƏT-in baş katibi Trampın qərarının müsəlmanların hisslərinə qarşı hörmətsizlik olduğunu deyərək, vurğulayıb: Beynəlxalq qətnamələrə əsasən Qüdsün İsrailə birləşdirilməsinə istənilən cəhd qadağandır və Qüdsün tarixi statusunu dəyişmək olmaz
Yusif fin Əhməd Əl-Usəymin BMT-nin Təhlükəsizlik Şurasından beynəlxalq qətnamələrlə bağlı üzərinə düşən məsuliyyətə əməl etməsini istəyərək, deyib: İslam Əməkdaşlıq Təşkilatı Qüdsün sionistləşdirilməsi üzrə səyləri önləmək üçün bütün qanuni və diplomatik vasitələrdən istifadə edəcək.
İordaniya kralı ikinci Abdullah da İstanbul sammitində deyib: Bu gün dünyada var olan zorakılıqlar Fələstin məsələsi üçün ədalətli həll yolunun olmamasına görədir.
İrodaniya kralı İƏT-ə üzv bütün ölkələrin Qüdsün tarixi statusuna dəyişikliyin edilməsini önləmək məqsədi ilə əməkdaşlıq etməsini istəyib və deyib: Fələstin xalqına işğalçılıq ilə mübarizədə yardım etmək lazımdır.