Dek 16, 2017 18:19 Asia/Baku
  • Suriyanın şimalında Ən-Nüsrə Cəbhəsinin mövqelərinə avia-zərbələr endirilib
    Suriyanın şimalında Ən-Nüsrə Cəbhəsinin mövqelərinə avia-zərbələr endirilib

Suriyada döyüş meydanları ilə əlaqədar dairələr bildiriblər ki, Rusiya və Suriyanın qırıcı təyyarələrinin ölkənin şimal-qərbində Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının mövqelərinə hava hücumları artıb.

Fars Xəbər Agentliyinin Murasilun-a istinadla verdiyi məlumata görə, bu gün səhərdən Hələb, Həma, İdlib vilayətlərində Ən-Nüsrə cəbhəsinin mövqelərinə onlarla hava zərbələri endirilib. 

Məlumata görə, bu hava hücumları Suriya ordusunun Həma vilayətinin şimalına ezam olunması ilə eyni vaxtda həyata keçirilib. 

Suriya ordusu və müttəfiq qüvvələri noyabr ayının əvvəlindən Həma və Hələb vilayətlərində terror qruplaşmalarına qarşı geniş hərbi əməliyyatlara başlayıb və bu müddətdə böyük qələbələr əldə edib. 

Başqa bir məlumata görə, Suriyanın rəsmi informasiya agentliyi çinli qüvvələrin Suriyaya gəlməsi ilə bağlı xəbəri təkzib edib və bildirib: Çinli hərbi qüvvələrin Suriyaya gəlişi haqda heç bir xəbər yaymayıb və Sputnik informasiya agentliyinin bu agentliyə istinad etdiyi xəbər həqiqəti əks etdirmir. 

Sputnik İnformasiya Agentliyi ötən gün bildirib: "Gecə bəbirləri" adlı Çinin xüsusi hərbi qüvvələri bir neçə gün öncə Suriyanın Tartus şəhərinə daxil olub və Dəməşqin şərqində terrorçuları məhv etmək əməliyyatında iştirak edib. 

Teqlər