Əfqanıstanda partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289513-Əfqanıstanda_partlayış
Əfqanıstanın cənubunda partlayış baş verib. 6 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2017 09:08 Asia/Baku
  • Əfqanıstanda partlayış
    Əfqanıstanda partlayış

Əfqanıstanın cənubunda partlayış baş verib. 6 nəfər yaralanıb.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Əfqanıstanın Kütləvi İnformasiya Vasitələri bazar günü bildiriblər: Qəndəhar vilayətinin Şah Vəli Kot bölgəsində partlayış nəticəsində dörd qız və iki oğlan yaralanıb. 

Parlamamış minalar hər ay azı 50 Əfqanıstan vətəndaşının həlak olması ilə nəticələnir. 

Qəndəhar vilayəti Əfqanıstanın de-stabil vilayətlərindən biridir və Taliban qruplaşmasının nüfuz etdiyi mərkəzlərdən sayılır.