Fələstinlilər ABŞ vitse-prezidentinin səfərinə etiraz ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289607-fələstinlilər_abŞ_vitse_prezidentinin_səfərinə_etiraz_ediblər
Fələstinlilər İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərində ABŞ-ın vitse-prezidenti Mayk Pensin regiona səfərinə qarşı aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2017 11:59 Asia/Baku
  • Fələstinlilər ABŞ vitse-prezidentinin səfərinə etiraz ediblər
    Fələstinlilər ABŞ vitse-prezidentinin səfərinə etiraz ediblər

Fələstinlilər İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərində ABŞ-ın vitse-prezidenti Mayk Pensin regiona səfərinə qarşı aksiya keçiriblər.

Etirazçılar Pensin və ABŞ-ın Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Cisson Qrinblatın şəkillərini onların regiona daxil olmalarından öncə yandırıblar. Etirazçılar bu iki nəfəri pisləyərək, onları müharibə elçiləri adlandırıblar.

Onlar həmçinin vurğulayıblar ki, bu iki nəfəri qarşılamayacaqlar. Amerikanın vitse-prezidenti çərşənbə axşamı günü Misirə daxil olacaq. Şeyx Ələzhər və Misir qobtilərinin rəhbəri onunla görüşü ləğv ediblər. Ondan sonra Pens işğal olunmuş ərazilərə daxil olacaq və fələstinlilərin Pens ilə görüşlə müxalifət etmələrinə görə, o, yalnız sionist rejimin başçıları ilə görüşəcəkdir.