Dek 18, 2017 19:43 Asia/Baku
  • BİHK Əlbəğdadinin amerikanlar tərəfindən həbs olunmasını təsdiq edib
    BİHK Əlbəğdadinin amerikanlar tərəfindən həbs olunmasını təsdiq edib

Beynəlxalq İnsan Haqları Komitəsinin Yaxın Şərq üzrə komissarı İŞİD-in qondarma xəlifəsinin amerikalılar tərəfindən həbs olunmasını təsdiq edibdir.

Avropa Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının baş katibi və Beynəlxalq İnsan Haqları Komitəsinin Yaxın Şərq məsələləri üzrə komissarı Hisəm Əbu Səid İŞİD-in qondarma xəlifəsi Əbu Bəkr Əlbəğdadinin amerikan qüvvələr tərəfindən həbs olunması xəbərini təsdiq edibdir.

"Bağdad Nyus" xəbər portalının yazdığına görə, o, bir bəyanatda bildiribdir ki, Əlbəğdadi "T2" səhra bazasında və sayı əlli nəfərə çatan amerikalı komandosların xüsusi əməliyyatında cari milad ilinin 18 aprelində həbs olunubdur.

Bəyanatın davamında deyilir: Bundan öncə də Əlbəğdadinin amerikanlar tərəfindən həbs olunması elan edilmişdi, amma o zaman Əlbəğdadinin taleyi barədə sənədli məlumatlar yox idi və bu üzdən, bu barədə tərəddüd mövcud idi.

Türkiyə qəzeti olan "Yeni Şafak" bundan öncə bildirmişdi ki, Əlbəğdadi amerikalıların əlindədir və gizli surətdə İraqdan Suriyadakı bir amerikan bazasına köçürülübdür.

Teqlər