UNICEF: Liviyada 36000 uşaq miqrantın yardıma ehtiyacı var
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu(UNICEF) və Beynəlxalq Miqrasiya Təşkilatı dünən Liviyada 36000 uşaq miqrantın yardıma ehtiyaclı olmasından xəbər verərək bildirib ki, bu uşaqlardan 14 min nəfərinin valideyni yoxdur.
FransPressin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatı da son vaxtlar İtaliya xüsusiyyət təşkil etməklə Avropa ölkələrini Liviiyadakı miqrantlara işkəncə verilməsində Liviya dövləti ilə əlbir olmaqda ittihamlandırıb.
Son günlər bəzi mediyalar Liviyada afrikalı miqrantların qul bazarında 400 dollara satılmasından xəbər vermişdilər. Bu xəbər region ölkələri və təşkilatların kəskin reaksiyasına səbəb oldu.
Öncə Avropa Birliyi Liviyanı, maliyyə yardımları qarşılığında afrikalı miqrantların Avropa ölkələrinə köçmələrinə mane olmağa çağırmışdı.
Miqrasiya böhranının misli görünməmiş həddə çatması qərb ölkələrinin Orta şərq və şimali Afrikadakı müdaxiləçi siyasətlərinin nəticəsidir və avropalıların özlərini də bu böhranla məşğul etmişdir.