Yəmən xalqının müqavimətinin mininci günündə etiraz aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289713-yəmən_xalqının_müqavimətinin_mininci_günündə_etiraz_aksiyası
Yəmən qaynaqları bu ölkə xalqının Səudiyyə Ərəbistanının hücumları qarşısındakı müqavimətinin mininci günündə ölkənin şimalında Sədə şəhərində xalqın etiraz aksiyasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2017 11:06 Asia/Baku
  • Yəmən xalqının müqavimətinin mininci günündə etiraz aksiyası
    Yəmən xalqının müqavimətinin mininci günündə etiraz aksiyası

Yəmən qaynaqları bu ölkə xalqının Səudiyyə Ərəbistanının hücumları qarşısındakı müqavimətinin mininci günündə ölkənin şimalında Sədə şəhərində xalqın etiraz aksiyasından xəbər verib.

İRİB-in verdiyi məlumata görə, minlərlə yəmənli dünən Sədədə etiraz aksiyası keçirərək Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarını pisləyib və Fələstin amallarını dəstəklədiyini bildirib. 

Aksiya iştirakçıları ABŞ prezidentinin Qüd barədəki son qərarının ağılsız olduğunu bildirərək vurğulayıblar ki, Fələstin islam dünyasının və yəmənlilərin ən əsas məsələsidir və yəmənlilər dünyanın digər azadə insanları ilə birlikdə Qüdsü azad etməyə hazırdır. 

Eyni zamanda Yəmənə qarşı müharibənin mininci günündə 6 Nobel mükafatı laoriyatı da daxil keçmiş hərbi komandanlar, siyasətçilər, diplomatlar və tanınmış simalardan ibarət 350 nəfər Fransa, Amerika və Britaniyanı Yəmənə qarşı müharibəni alovlandırmaqdan çəkinməyə, BMT TŞ-dəki kürsülərindən sülh üçün vasitəçi kimi rol oynamaq üçün faydalanmağa çağırıblar.