Bəşar Əsəd: İqtisadi sanksiya Suriyada insani böhranı daha da gərginləşdirdi
Dek 19, 2017 17:02 Asia/Baku
Suriya prezidenti deyib: Suriya xalqına qarşı iqtisadi sanksiya və terrorçularla müharibə bu ölkədə insanı böhranı daha da gərginləşdirdi.
İRNA-nın verdiyi məlumata görə, Suriya prezidenti Bəşar Əsəd bu gün Dəməşqdə Qırmızı Aypara Cəmiyyəti və Qızıl Xaç Komitəsinin beynəlxalq birliyindən olan bir heyətlə görüşündə deyib: Suriya dövləti var gücü ilə və bütün orqanları ilə vətəndaşların terrorçu qrupların cinayətləri və qeyri-insani hərəkətləri qarşısındakı əzab-əziyyətlərinin azalmasına səy göstərmişdir.
Bəşar Əsəd deyib: Bu gün Suriya üçün Qırmızı Aypara Cəmiyyəti və Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq prioritet təşkil edir.