Dek 19, 2017 21:56 Asia/Baku
  • Yəmən Ənsarullahının rəhbəri: Ərrəyad və Əbudəbi raket hədəfinə çevriləcək
    Yəmən Ənsarullahının rəhbəri: Ərrəyad və Əbudəbi raket hədəfinə çevriləcək

Seyid Əbdül-Məlik Bədrəddin Əl-Həusi bildirib: Təcavüzkarlar Sənanı bombalayır və biz Ərrəyad və Əbudəbini bombalayırıq. Yəmənlilərin raket təcrübəsi gün-gündən inkişaf edir və raketlərin məsafəsi artırılır.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmən Ənsarullahının baş katibi bu gün Yəmənə təcavüzün mininci günü münasibəti ilə deyib: Bu gün ballestik raket düşmənin saraylarına çatır və təcavüzkarların cinayətləri artdıqca bizim onlarla qarşılaşmaq metodlarımız da artacaq. 

Seyid Əbdül-Məlik Əl-Həusi deyib: Təcavüzkar Səudiyyə koalisiyası bütün qanunlar və razılaşmaları pozur və heç bir qanuna sadiq deyil və Amerika da bu təcavüzkarlığı planlaşdırır və səudiyyə Ərəbisanı və BƏƏ Amerikanın oyuncağıdır. 

Teqlər