Dek 21, 2017 14:26 Asia/Baku
  • Ərriyada atəş
    Ərriyada atəş

Yəmənlilər savaş və mühasirədən min gün keçəndən sonra dünən Ərəbistanın paytaxtı Ərriyada ballistik raket atıblar.

Hava bombardmanı, savaş və mühasirədən min gün keçəndən sonra ballistik raketin atılması qarşıdurmanın yeni etapının başlanması sayılır. Bu sözlər "Bərkan-h2" ballistik raketi ilə Ərriyaddakı Yəmamə sarayına hücumdan sonra Ənsarullah tərəfdarı olan raket bölməsinin bəyanatında qeyd olunubdur. Ərəb koalisiyası iddia edibdir ki, bu raketi hədəfə dəyməzdən öncə məhv edibdir, amma raket bölməsi bildiribdir ki, Yəmamə sarayında keçirilən yüksək səviyyəli iclası hədəfə alıbdır. Bu ballistik raket bir çox müraciətə malik olubdur.

Yəməndə Ənsarullah ali inqilab komitəsinin üzvü Sadiq Əbu Şurab deyib: Min gün keçəndən sonra biz vurğulayırıq ki, bu raket tamamilə Yəmən raketidir. Bu raketi yəmənlilər düzəldiblər və raket dünən səud rejiminin yəmənli uşaq və qadınları qırğın etməsinin davam etməsinə cavab olaraq, atıldı. Səud rejimi və ABŞ öz məğlubiyyətlərini qəbul etməmək üçün yəmənlilərin qüdrətini etiraf etməməyə çalışırlar.

Raketin atılması savaş və mühasirədən min gün keçəndən və Yəməni qida böhranına daxil etmiş vəziyyətdən sonra həyata keçirilibdir. BMT-nin Yəməndə humanitar işlər üzrə koordinatoru Cimmi Mak Qoldrikin sözlərinə görə, Yəməndə qida böhranı dünya səviyyəsində ən böyük böhrandır.

Bu BMT rəsmisi ərəb koalisiyasından istəyibdir ki, dəniz və hava limanlarının mühasirəsinə son qoysun və keçidləri açsın ki, bir insan faciəsinin qarşısı alınmış olsun.

Teqlər