Dek 21, 2017 19:04 Asia/Baku
  • Yəməndə təcavüzkar muzdluların başçısı öldürülüb
    Yəməndə təcavüzkar muzdluların başçısı öldürülüb

Səudiyyəli komandir Əbdə Əhməd Əs-Səyyadi Yəmən paytaxtı Sənanın şərqində Nihəmin tabeliyində olan əl-Houl kəndi ətrafında Yəmən ordusu və xalq komitələri qüvvələri ilə toqquşmada öldürülüb.

Əl-Aləm televiziyasının hərbi rəsmiyə istinadla verdiyi məlumata görə, Yəmən qüvvələri Səna vilayətinin şimal-qərbində Nihəmin tabeliyində olan əl-Houl kəndi və Ət-Təbab Əs-Sud bölgəsində səudiyyəli muzdluların bazalarını atəşə tutublar. Nəticədə çoxlu sayda muzdlu öldürülüb və yaralanıb. 

Digər tərəfdən Yəməndə yerli dairələr ifşa ediblər ki, Yəmənin istefaya getmiş fərari prezidenti Əbdrəbbə Mənsur Hadinin onlarla muzdlusu Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Marib vilayətində Sərvah rayonunu səhvən bombalaması nəticəsində ölüb. 

Sərvah rayonunda Mənsur Hadinin tərəfdarı olan beş min qüvvə vardır. 

Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. 

Teqlər