İsmayıl Həniyyə: Qüds qətnaməsinin BMT Baş Assambleyasında qəbul edilməsi haqqın qələbəsi idi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i289975-İsmayıl_həniyyə_qüds_qətnaməsinin_bmt_baş_assambleyasında_qəbul_edilməsi_haqqın_qələbəsi_idi
Fələstinin İslamçı Müqavimət Hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə Qüds qətnaməsinin BMT Baş Assambleyasında təsdiq edilməsini "haqq, ədalət və tarix"in qələbəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2017 06:46 Asia/Baku
  • İsmayıl Həniyyə
    İsmayıl Həniyyə

Fələstinin İslamçı Müqavimət Hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə Qüds qətnaməsinin BMT Baş Assambleyasında təsdiq edilməsini "haqq, ədalət və tarix"in qələbəsi adlandırıb.

İRNA-nın məlumatına görə, Fələstinin İslamçı Müqavimət Hərəkatının siyasi bürosunun sədri cümə axşamı bir bəyanat yayaraq, Qüds qətnaməsinin BMT Baş Assambleyasında qəbul edilməsi haqda deyib: Bu qətnamə sübut etdi ki, qanun qarşısında təhdid faydasızdır. Və prinsiplər maraqlardan daha üstündür. 

İsmayıl Həniyyənin dediyinə görə,  BMT-nin Baş Assambleyasında Qüds qətnaməsinin lehinə səs verənlər ABŞ-ın hegemonçuluğu və zorakılıq siyasətləri ilə müxalif olan dünyanın azad xalqlarının tələbini yerinə yetiriblər. 

Həmas-ın siyasi bürosunun başçısı həmçinin, ABŞ hökumətindən dünya ictimaiyyəti və beynəlxalq birliyin iradəsinə hörmət və Qüdslə bağlı fələstinlilərə qarşı olan qərarını ləğv etməsini istəyib.