Fələstin İslamçı Cihad Hərəkatının Bəhreynin XİN başçısına kəskin reaksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290029-fələstin_İslamçı_cihad_hərəkatının_bəhreynin_xİn_başçısına_kəskin_reaksiyası
Fələstinin İslamçı Cihad Hərəkatı Bəhreynin xarici işlər nazirinin Qüdsə qarşı mövqe sərgiləməsinin ardınca bildirib: Qüds kənar məsələ deyil və diqqətləri Qüdsdən yayındırmaq istəyən hər kəsin özü bir kənara atılacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2017 17:16 Asia/Baku
  • Davud Şəhab - Fələstinin İslamçı Cihad Hərəkatının sözçüsü
    Davud Şəhab - Fələstinin İslamçı Cihad Hərəkatının sözçüsü

Fələstinin İslamçı Cihad Hərəkatı Bəhreynin xarici işlər nazirinin Qüdsə qarşı mövqe sərgiləməsinin ardınca bildirib: Qüds kənar məsələ deyil və diqqətləri Qüdsdən yayındırmaq istəyən hər kəsin özü bir kənara atılacaq.

Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali Xəlifə cümə axşamı deyib: Fələstin və Qüds ikinci dərəcəli məsələlərdir və bu məsələ ilə bağlı ABŞ-a qarşı çıxmaq mənasız işdir. 

İRİB-nin verdiyi məlumata görə, Fələstinin İslamçı Cihad Hərəkatının sözçüsü cümə günü Livanın Əl-Məyadin telekanalına verdiyi müsahibədə deyib: Qüds İslam Dünyasının bir nömrəli məsələsidir və İslam Ümməti Qüds olmadan qəlbsiz bədən kimidir. 

Davud Şəhab həmçinin deyib: Öz şəxsi maraqlarını ABŞ və İsrailin regiondakı maraqlarına düyünləyənlər yollarını azıblar və mədəni baxımdan assimilyasiyaya uğrayaraq, yəhudiləşiblər. 

Fələstinin İslamçı Cihad Hərəkatının sözçüsü əlavə edib: Ölkələrin BMT-də Fələstin xalqının haqlarını himayə etmələri bir daha sübut etdi ki, sonda haqq qalib gələcək. BMT-nin Baş Assambleyasında yaşananlar ABŞ prezidentinin Qüdsə qarşı qərarının ləğvi üzrə uzun bir yolun başlanğıcı idi və bu yol işğalçıların Fələstindən qovulacağı zamana kimi davam edəcək. 

BMT-nin Baş Assambleyası Qüdsün statusu ilə bağlı qətnamə layihəsini 128 lehinə, 9 əleyhinə və 35 bitərəf səs ilə təsdiq etdi.