Qətərə amerikan qırıcıları satılır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290051-qətərə_amerikan_qırıcıları_satılır
ABŞ müdafiə nazirliyi- Pentaqon Qətərə 36 ədəd F-15 tipli qırıcının satışı barədə lisenziya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2017 06:31 Asia/Baku
  • Qətərə amerikan qırıcıları satılır
    Qətərə amerikan qırıcıları satılır

ABŞ müdafiə nazirliyi- Pentaqon Qətərə 36 ədəd F-15 tipli qırıcının satışı barədə lisenziya verib.

ABŞ müdafiə nazirliyi dünən gecə bildirib ki, Boeing şirkəti Qətərə, dəyəri altı milyard 200 milyon dollar olan 36 ədəd F-15 tipli qırıcının satışı barədə lisenziya alıbdır.

Bu məlumata görə, ehtimal olunur ki, həmin qırıcılar 2020-ci ilin sonunadək Qətərə təhvil veriləcək.

Qətər bundan öncə də İngiltərədən 24 ədəd Tayfun qırıcısı, Fransadan da 12 ədəd digər tipli qırıcı satın almaq barədə müqavilələr imzalamışdı.

Bu ölkə İtaliya ilə də oxşar müqavilə bağlayıbdır.

Qətərin Ərəbistan və Ərriyad ilə müttəfiq olan bir neçə ölkə ilə əlaqələrindəki böhran Dohanı silah alqısına sövq etdiribdir.