Dek 23, 2017 16:50 Asia/Baku
  • I. Hənyə: Vahid Qüds Fələstinin paytaxtıdır
    I. Hənyə: Vahid Qüds Fələstinin paytaxtıdır

Həmas hərəkatının siyasi bürosunun sədri deyib: Vahid Qüds şəhəri Fələstin ölkəsinin paytaxtıdır və ərəb və müsəlman ölkələri Qüdsə göz yummayacaqlar.

İsmayıl Hənyə bu gün Qəzzədə keçirilən 11-ci Beynəlxalq Qüds Konfransında deyib: Bu gün Fələstində baş verənlər nəinki bir Fələstin intfazəsi, həm də bütün dünyanın düşmənə qarşı intifazəsidir, elə buna əsasən, ölkələr BMT Baş Assambleyasının Qüds barədəki son səsverməsində Amerika prezidentinə "yox!" dedilər.

Hənyə söyləyib: Qüds Fələstinin dini simvoludur. Bu üzdən, fələstinlilərlə sionist rejim arasında Qüds simvolu və Fələstin məsələsi adının qoruması üçün çətin döyüş mövcuddur, zira sionistlər hələ də Qüdsün dini və tarixi simvollarını saxtalşdırmağa və özləri üçün tarix yaratmağa çalışırlar.

Həmas hərəkatının siyasi bürosunun sədri vurğulayıb: Qüds Fələstin ölkəsinin siyasi, həmçinin bütün dünya müsəlmanlarının dini paytaxtıdır. Qüds həmçinin müsəlman və xristianlar daxil olmaqla bütün dünya azadələri üçün dəyər, əxlaq və bəşəri paytaxtdır.

Teqlər