Dek 24, 2017 09:42 Asia/Baku
  • 250 ziyalı Ərəbistanı silahla təmin edən üç ölkəyə məktub yazdı
    250 ziyalı Ərəbistanı silahla təmin edən üç ölkəyə məktub yazdı

Siyasi, mədəni və universitet ziyalılarından təşkil olunan bir cəmiyyətin 250 üzvü ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Britaniya baş naziri Tereza Meyə (Yəmən müharibəsində Səudiyyə Ərəbistanını silahla təmin edən üç əsas ölkə) məktub ünvanlayaraq Ərəbistana silah yardımlarını dayandırmalarını istəyib.

İRİB-in məlumatına görə, "Min gün müharibə. Yəmən artıq gözləyə blməz. Yəmənin səbir kasası dolub" başlığı ilə yazılan məktubda bildirilir: Yəmən min gündür ki, müharibəyə məruz qalıb və bu ölkəni dünyanı hal-hazırda ən böyük insan faciəsinə sürükləyib. Məktub Fransanın Le Mond qəzetində dərc olunub. 

Bu məktubda Yəmənin tarixi aclıq ərəfəsində olduğu qeyd olunaraq xatırlanıb: Hər on dəqiqədə bir bir yəmənli uşaq aclıq və xəstəlik nəticəsində dünyasını dəyişir. 

Səudiyyə Ərəbistanı ABŞ, Fransa, Britaniya və bir neçə ərəb ölkəsi, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib. Eyni zamanda bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. 

Teqlər