Dek 24, 2017 12:15 Asia/Baku
  • Ərəbistan Yəmənin tarixi və mədəni abidələrinə ciddi xəsarətlər vurub
    Ərəbistan Yəmənin tarixi və mədəni abidələrinə ciddi xəsarətlər vurub

ABŞ-ın dəstəyi ilə həyata keçirilən Səudiyyə Ərəbistanının Yəmənə hücumları bu ölkənin tarixi abidələri və mədəni irsinə ciddi xəsarətlər vurub.

Qlobal Riserç internet portalının yazdığına görə, Səudiyyə Yəmənə min gün hücumunda sistemli və məqsədli şəkildə bu ölkənin tarixi və mədəni abidələrini vurmuşdur. 

Məlumata görə, son günlərdə yayımlanan informasiyalar dünyanın mədəni irs siyashısında qeydə alınan Yəmənin üç önəmli tarixi şəhəri azı beş dəfə hücumlara məruz qalıb və həmin tarixi və mədəni abidələrə ciddi xəsarətlər dəymişdir. 

Yəmənin Arxeoloji Əsərlər və Mueylər Baş İdarəsinin direktoru Muhannad əl-Səyani deyib: Səudiyyə Ərəbistanının hava hücumlarından əlavə, əl-Qaidə silahlıları da Yəmənin arxeoloji və tarixi abidələrinə çoxlu hücumlar etmişlər. 

Əl-Səyani həmçinin deyib: Təiz şəhəri muzeyinin əmlakı hələ də naməlumdur. Bu binanın dağıntılarından sadəcə 7 min 300 dəyərli və tarixi əşya tapılmışdır. 

Teqlər