Dek 24, 2017 21:30 Asia/Baku
  • Yəmən ordusu ağır artilleriyası təcavüzkarların mövqelərini atəşə tutub
    Yəmən ordusu ağır artilleriyası təcavüzkarların mövqelərini atəşə tutub

Yəmən ordusu və xalq komitələri qüvvələrinin ağır artilleriyası ölkənin cənub-qərbində səudiyyəli təcavüzkarların mövqelərini atəşə tutub.

İRİB-in məlumatına görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin Təiz vilayətinin əl-Məxa şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın mövqelərinə hücumunda azı 25 hərbçi ölüb və ya yaralanıb.

Əl-Məxa şəhəri qarşıdurmalarında Birləşmiş Ərəb Əmirliklərinə məxsus iki hərbi avtomobil məhv edilib. Yəmən Kütləvi İnformasiya Vasitələri də həmin hücumun kadrlarını yayımlayıblar.

Yəmən qüvvələri həmçinin Nəcran, Cizan və Əsirdə Ali-Səud rejiminin bəzi bazalarını atəşə tutublar.

Teqlər