Dek 25, 2017 13:38 Asia/Baku
  • Bəhreyndə mülkilərin mühakiməsi üçün gizli hərbi tribunallar
    Bəhreyndə mülkilərin mühakiməsi üçün gizli hərbi tribunallar

Bəhreynin hərbi tribunallarında mülki müttəhimlərin özlərinə qarşı irəli sürülmüş əsassız ittihamları etiraf etməkdən başqa çarələri yoxdur, zira əks halda ölüm cəzası ilə üzləşəcəklər.

Dörd bəhreynli insan haqları təşkilatı "Ya ölüm, ya etiraf" adlı bir hesabat yayıb. Bu hesabatda Bəhreyn rejiminin sivillərin mühakiməsi üçün gizli hərbi tribunallar təşkil etmək üzrə qanun pozuntusuna nəzər salınıb. Hesabatda deyilir: Bəzi müttəhimlər işçəncə olunublar. Bəzi müttəhimlərin ailələri və vəkilləri də təhdid olunublar ki, bu qanun pozuntularını medialara və insan haqları təşkilatlarına açıqlamaqdan çəkinsinlər.

Hesabatın davamında deyilir: Hərbi tribunallara gətirilən bəhreynli məhbusların "ölüm və ya etiraf"dan savayı yolları yoxdur. Onların qarşısında heç bir üçüncü seçim mövcud deyildir. Buna əsasən, heç vaxt törətmədikləri ittihamları etiraf etməli və onlarla edilən pis rəftarlar barədə susmalıdırlar.

Dörd bəhreynli insan haqları təşkilatı Bəhreyn hərbi tribunallarının bu ölkə sivillərinə qarşı qanun pozuntuları barədəki hesabatında bu məsələlərə nəzər salıbdır. 

Bəhreyn insan haqları cəmiyyətinin sədri Baqir Dərviş deyib: Müttəhimlərdən biri deyibdir ki, ya etiraf etməli, ya da ki, ölməli idik.

Hesabatda sonra deyilir: Hərbi tribunallar müttəhimlərin ailələri və vəkillərini təhdid ediblər ki, müttəhimlərə qarşı həyata keçirilən qanun pozuntularını ifşa etməkdən çəkinsinlər. Bundan əlavə, Bəhreynin məhkəmə başçıları məhkəmə iclaslarını qapalı şəkildə keçirirlər ki, müttəhimlərə qarşı işgəncələr və pis rəftarlarda əlləri olmuş kəslərin cəzadan qaçmaları üçün imkan yaranmış olsun.

Teqlər