Altı bəhreynli edama məhkum edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290243-altı_bəhreynli_edama_məhkum_edilib
Bəhreyn hərbi tribunalı bir hökmdə bu ölkənin daha altı vətəndaşını Bəhreyn ordusu komandanını terror etməyi planlaşdırmaq kimi puç ittihamla ölümə məhkum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2017 14:40 Asia/Baku
  • Altı bəhreynli edama məhkum edilib
    Altı bəhreynli edama məhkum edilib

Bəhreyn hərbi tribunalı bir hökmdə bu ölkənin daha altı vətəndaşını Bəhreyn ordusu komandanını terror etməyi planlaşdırmaq kimi puç ittihamla ölümə məhkum edib.

Ordu zabiti Adil Mübarək, şiə hüquq fəalı Muhəmməd Əlmətqəvi, şiə Fazil Seyid Abbas, Şeyx İsa Qasimin daimi müşayiətçisi Ələvi Əlmusəvi, Vəfa hərəkatının liderlərindən Murtəza Əlsənədi və Həbib Əlcəmri Bəhreyn hərbi tribunalının bugünkü iclasında bu ölkə ordusunun komandanı Xəlifə bin Əhməd Ali-Xəlifəni terror etməyi planlaşdırmaq ittihamı ilə ölümə məhkum olunublar.

Bəhreyn kralı Şeyx Həməd bin İsa Ali-Xəlifənin mülkilərin hərbi tribunalda mühakimə olunmaları ilə razılaşmasının ardınca bu rejimin başçıları mülki və siyasi müttəhimləri mühakimə olunmaq üçün hərbi tribunala göndərirlər.