Dek 25, 2017 19:21 Asia/Baku
  • Sionist rejimin Yunanıstandakı səfirliyinə hücum
    Sionist rejimin Yunanıstandakı səfirliyinə hücum

Naməlum şəxslər sionist rejimin Yunanıstanın paytaxtı Afinada yerləşən səfirliyinə hücum ediblər.

Yunanıstan başçıları bildiriblər ki, motosikletə minmiş altı-yeddi naməlum şəxs bu gün səhər tezdən sionist rejimin Afinanın şimal-şərqində yerləşən səfirlik binasına hücum ediblər. Onlar səfirlik binasının qapısı və divarına boya və his sıçradaraq, sürətlə məkanı tərk ediblər.

Bu məlumata görə, ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi tanımasının ardınca ilk dəfədir ki, sionist rejimin səfirliklərindən birinə hücum edilir.

Afina polisi başçılarının bildirdiklərinə görə, indiyədək heç bir təşkilat və ya şəxs həmin hücumun məsuliyyətini üzərinə götürməyibdir.

Bu məlumata görə, təhlükəsizlik qüvvələri ardıcıl surətdə sionist rejimin Afinadakı səfirliyi ətrafında yerləşirlər və onun binasına yaxınlaşmaq müəyyən qədər mümkünsüz görünür.

Afina da ötən günlərdə dünyanın digər paytaxtları kimi ABŞ prezidenti Trampın Qüds əleyhinə hərəkətinə qarşı geniş aksiyalar səhnəsi olubdur.

Teqlər