Ali-Səud rəsmiləri çərənləyirlər
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin sözçüsü dünən anti-İran bəyanatda iddia edib ki, Səudiyyə Ərəbistanı İranla əlaqədə olan terrorçularla qarşı-qarşıyadır.
Mənsur Əttürki, Səudiyyə Ərəbistanının Yəmən və Livana qarşı hücumları və düşmən siyasətləri ilə qarşılaşmaqda əsas rola malik olan Yəmən Ənsarullahı və Livan Hizbullahını terrorçu adlandıraraq deyib: İran bu iki qrupu himayə edir.
Səudiyyə Ərəbistanı Amerika və BƏƏ-nin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib və bu ölkəni quru, hava və dəniz blokadasında saxlayır.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzkar hücumları nəticəsində indiyədək on minlərlə yəmənli ölüb və yaralanıb, milyonlarla insan didərgin düşüb. Yəmən bu təcavüz nəticəsində ərzaq və dərman çatışmazlığı və müxtəlif xəstəliklərin yayılması ilə üz-üzədir.