Fələstin bayrağı Misir mühəndislər ittifaqında
Misir mühəndislər ittifaqı ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı tanımasına reaksiya əlaməti olaraq Fələstin bayrağını bu birliyin Qahirədəki qərargahının üzərində ucaldıb.
Rəyəl-Yəum qəzetinin internet portalının verdiyi məlumata görə, Misir mühəndislər birliyinin rəhbəri Tariq Əl-Nəbravi deyib: Fələstin bayrağının misirli mühəndislər ittifaqının binası üzərində ucaldılması ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı tanıması qərarına qarşı mübarizədir.
Ənnəbravi deyib: Trampın bu qərarına qarşı qəzəbli reaksiyalar göstərir ki, Fələstin məsələsi Ərəb və İslam dünyasının vicdanında yaşayır.
Misirli mühəndislər birliyinin rəhbəri deyib: Qüdsə qarşı Amerikanı müşayiət edən bəzi zəif hökumətlər böyük bədbəxtliyə düçar olurlar ona görə ki, bu ölkə xalqları həmişə onlara ikili mövqeli hökumətlər kimi baxırlar.