Həbs edilmiş Səudiyyə şahzadəsinin səhhəti ağırdır
Həbsdə olan ən varlı səudiyyəli şahzadə Vəlid Bin Təllalın səhhətində problem yarandığına görə o xəstəxanaya köçürülüb.
Son günlər Səudiyyə rəmiləri Vlid İbn Təllalın azad edilməsi üçün ondan 3 milyard dollar pul tələb etmişlər.
İRİB-in verdiyi məlumata görə, Londonda çıxan Rəyəl-Yəum qəzeti bildirib ki, Səudiyyə vəliəhdi Səudiyyə şahzadələrinin həbs edilməsinin ardınca onların o sıradan da Vəlid Bin Təllalın səhhətinin ağırlaşması problemi ilə üz-üzə durub.
Ali-Səud rəmiləri Vəlid Bin Təllalın qardaşı Xalidi də qardaşının işi ilə əlaqədar istintaqa cəlb ediblər.
Səudiyyə rejimi 11 noyabrda Vəlid Bin Təllalı 11 başqa şahzadə, fəaliyyətdə olan 4 nazir və onlarla keçmiş nazirlə birlikdə çirkli pulların yuyulması və korrupsiyada ittiham edərək həbs edib və hal-hazırda onların malları müsadirə edildikdən sonra onlardan bac alınmağa cəhd göstərilir.
Səudiyyə Ərəbistanının ağır həbri xərcləri, Yəmən müharibəsi gələn miladi il üçün bu ölkə büdcəsində 20 faizlik kəsirə səbəb olub və Səudiyyə rəsmilərini şahzadələrin əmlakını dondurmaq məcburiyyətində qoyub.