Dek 26, 2017 21:49 Asia/Baku
  • Səudiyyə Ərəbistanının Yəmənə qarşı növbəti cinayəti
    Səudiyyə Ərəbistanının Yəmənə qarşı növbəti cinayəti

Yəmənin Səhiyyə Nazirliyi bu gün bildirib ki, Səudiyyə Ərəbistanının Təəz vilayətində Əttəziyə bölgəsinin bazarına qarşı hava hücumunda 100-dən çox insan ölüb və yaralanıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Səhiyyə Nazirliyi həmçinin bildirib ki, yaralıların çoxunun durumu ağırdır. 

Eynzi zamanda Yəmənin Ənsarullah Hərəkatı bildirib ki, Səudiyyəlilərin təəz vilayətinə qarşı cinayəti bu rejimin Yəmən xalqı ilə müharibədəki uğursuzluğunu göstərir. 

Ənsarullah bildirib ki, Səudiyyə rejimi BMT-nin rəyini pul verərək öz xeyirinə dəyişdirir və Ərəbistan yəmənli şəhidlərin qanını hədərə vermək ardıncadır. 

Teqlər