Yaponiya səfirliyini Beytül-Müqəddəsə köçürməyəcək
Dek 27, 2017 11:16 Asia/Baku
Yaponiya xarici işlər naziri Taro Kono çərşənbə axşamı günü İordaniya paytaxtı Əmmanda deyib: Yaponiya səfirliyini Təl-Əvivdən Beytül-Müqəddəsə köçürməyəcək.
İRNA-nın məlumatına görə, Yaxın Şərqə səfər etmiş Yaponiya xarici işlər naziri Taro Kono ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsi qərarının qəbul edilmədiyini bildirib və deyib: Qüds məsələsi İsrail və Fələstin tərəfləri arasında birbaşa müzakirələr yolu ilə həll olunmalıdır.
ABŞ prezidentinin Qüds haqdakı qərarını tənqid edən Yaponiya xarici işlər naziri deyib: İşğal olunmuş ərazilərdəki mövcud tarixi və qanuni vəziyyətin dəyişdirilməsi üçün hər hansı birtərəfli qərarı ləğv olunmuş hesab edən beynəlxalq qətnamələrə sadiq qalmaq lazımdır.