Fələstinli əsirlər Knesset üzvünün əsirlərin ailələrinə hörmətsizliyinə etiraz ediblər
Sionist rejim parlamenti Knesset üzvünün fələstinli əsirlərin ailələrini aparan avtobusa hörmətsizliyi sionist Rimon həbsxanasında fələstinli məhbusların irimiqyaslı etirazlarına səbəb olub.
Knessetin üzvü Oren Hazan bazar ertəsi günü fələstinli əsirlərin ailələrinin yaxınları ilə görüşmələrinə mane olaraq bu ailələri gətirən avtobusa minib və əsirlərin analarını təhqir edib.
Əl-Aləm televiziyasının məlumatına görə, Fələstin Əsirlər Mərkəzi bildirib: Sionist Rimon həbsxanasında fələstinli əsirlər Oren Hazanın hərəkətinə etiraz edib və yemək yeməkdən imtina ediblər.
Fələstinli əsirlər əsirlərin ailələrinə dəstəyi elan edərək beynəlxalq ictimaiyyətdən İsrail rejiminin cinayətlərini durdurmaq üçün addım atmasını və əsirlərin ailələrinə hörmətsizliyə mane olmasını istəyiblər.