Dek 28, 2017 15:44 Asia/Baku
  • İraqın şimalında 4 İŞİD terrorçusu öldürülüb
    İraqın şimalında 4 İŞİD terrorçusu öldürülüb

İraqlı qaynaqlar Səlahəddin vilayətində Amirlidə Həşdüşşəbi qüvvələrinin əməliyyatlarında 4 İŞİD terrorçusunun öldürülməsindən xəbər veriblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İraqda bir təhlükəsizlik qaynağı bildirib ki, Həşdüşşəbi qüvvələri Amirlinin cənubunda İŞİD terrorçuları ilə toqquşmalarda 4 terrorçunu məhv edib, onların silah-surtatlarını dağıdıb və digər terrorçuları qaçmağa məcbur edib. 

Bu məlumata görə, Həşdüşşəbinin 52-ci diviziyasının yardım qüvvələri də əməliyyata qatılmaq üçün Əl-Quşçaya göndərilib, terrorçuları Amirlinin cənubunda uzaq məsafədə qovub. 

Əməliyyatda Həşdüşşəbidən 2 nəfər yaralanıb. 

İraqın baş naziri Heydər Əl-İbadi 2017-ci il 9 dekabrda İraqın İŞİD qarşısında yekun qələbəsini elan etdi. 

Teqlər