Dek 29, 2017 13:02 Asia/Baku
  • Səud koalisiyası BMT nümayəndəsinin Yəmən haqdakı hesabatından əsəbiləşib
    Səud koalisiyası BMT nümayəndəsinin Yəmən haqdakı hesabatından əsəbiləşib

Səud koalisiyası iddia edibdir ki, BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Cimmi Mak Qoldrik Ərəbistanın başçılığı altında olan bu koalisiya qüvvələrinin Yəmən mülkilərinə qarşı hücumu barədə Ənsarullah hərəkatının tərəfini saxlayır.

Təcavüzkar səud koalisiyasının sözçüsü Tərəki Əlmaliki bir çıxışda ölkəsinin Yəməndə törətdiyi cinayətləri ört-basdır etmək üçün iddia edibdir ki, Mak Qoldrikin bəyanatı ümumi fikrin təhrif edilməsi və məsələnin siyasiləşdirilməsinin davam etməsinin nişanəsidir.

Əlmaliki həmçinin iddia edib ki, Mak Qoldrik qəsdən Ənsarullahın adını BMT-nin bəyanatları və Təhlükəsizlik Şurasının qətnamələrilə təzadlı bir hərəkətdə qeyd edibdir.

BMT dünən bildirib ki, təcavüzkar səud koalisiyasının çərşənbə axşamı günü Yəmənə qarşı həyata keçirdiyi iki hava hücumunda 68 sivil öldürülüb.

Mak Qoldrik öz bəyanatında əlavə edib: Koalisiya qüvvələrinin birinci hava hücumu Təiz şəhərinin Əlhimə məntəqəsində yerləşən bazarı hədəfə alıb; nəticədə səkkiz uşaq daxil olmaqla 54 sivil həlak olub. İkinci hava hücumu isə Əlhudəydədə yerləşən bir əkin sahəsinə qarşı həyata keçirilibdir ki, bu zaman bir ailənin on dörd üzvü həyatını itiribdir.

Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi də səud koalisiyasının Yəmənin hakimiyyətinin pozulmasında məsuliyyət daşıdığını bildirib. O, deyib: Səud koalisiyasının mülkilərə və vətəndaş orqanlarına qarşı hücumu Ali-Səudun qarşıdakı məğlubiyyətindən xəbər verir.

Ərəbistan ABŞ-ın, Birləşmiş Ərəb Əmirliklərinin və bir neçə digər ölkənin dəstəklərilə 2015-ci ilin martında Yəmənə hücum etməklə bərabər, bu ölkəni havadan, qurudan və sudan mühasirəyə aldı.

Ərəbistanın və onun müttəfiqlərinin Yəməndəki militirarizmi indiyədək on minlərlə nəfərin ölməsi, yaralanması, milyonlarla yəmənlinin də didərgin düşməsilə nəticələnibdir.

Teqlər