Dek 29, 2017 17:43 Asia/Baku
  • Livan partiyaları Fələstinin üçüncü intifazəsini himayə edirlər
    Livan partiyaları Fələstinin üçüncü intifazəsini himayə edirlər

Livanın mühüm siyasi şəxsiyyətləri və partiyalarından ibarət bu ölkənin milli şəxsiyyətləri, qrupları və partiyalarının toplantısı bir bəyanatda Fələstin xalqının sionist rejimin və Amerikanın düşmənçilik hərəkətlərinə qarşı üçüncü intifazəsini himayə etdiyini bildiribdir.

Livanlı partiyaların konfransı öz dünənki iclasının sonunda qəbul etdiyi bəyanatda mürtəce ərəb rejimlərinin və sionist rejimin planları, eləcə də Amerikanın düşmənçilik qərarını nakam qoymaq istiqamətində intifazənin şiddətlənməsi və işğalçılıqla qarşılaşmaq üçün vahid strategiyaya nail olmaq, habelə qüvvələrin birliyi və səylərinin vahid hala salınmasını istəyibdir..

Livanlı partiyalar həmçinin Yəmən xalqının Ərəbistan tərəfindən zalımcasına mühasirə və vəhşicəsinə qırğın olunmasının davam etməsini pisləyərək, Yəmən xalqı ilə həmrəylik elan ediblər. Onlar Dəməşqdən qərbdəki yeni meydan naliyyətlərini terrorizm üzərində yekun qələbənin, eləcə də Amerikanın, Qərbin və ərəb irticasının röyalarının pozulmasının yaxın olmasının nişanəsi adlandırıblar.

Livanlı partiyaların konfransı müqaviməti himayə edən müxtəlif təmayüllü siyasi partiyalar məcmusuna şamil olur və bu partiyaların nümayəndələri, rəhbərləri və şəxsiyyətlərindən olan əllidən çox nəfər həmin konfransda iştirak edib.

Fələstinin siyasi liderlərindən bir qrupu da çərşənbə axşamı günü bildiribdir ki, fələstinlilərin intifazəsi ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq üzrə qərarı ləğv olunanadək davam edəcəkdir.

Cari il dekabrın altısında ABŞ prezidenti Donald Tramp Qüdsü sionist rejimin paytaxtı kimi təqdim edərək, Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyini bildirdi. Trampın bu hərəkəti dünyanın müxtəlif məntəqələrində fələstinlilərin geniş etirazlarına səbəb oldu.  

Teqlər