Dek 30, 2017 11:25 Asia/Baku
  • Ali-Xəlifə rejimi cümə namazına mane olub
    Ali-Xəlifə rejimi cümə namazına mane olub

Ali-Xəlifə rejiminin hərbçiləri Ədduraz məntəqəsində şiələrin cümə namazı mərasiminə 76-cı həftə olaraq mane olublar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bəhreynli qaynaqlar bildiriblər ki, Bəhreynin təhlükəsizlik qüvvələri dünən də Əddurazda cümənamazına qadağa qoyublar və ərazi sakinləri İmam Sadiq(ə) məscidində namazı fərdi qaydada qılmalı olublar. 

Bu məlumata görə, Bəhreynin təhlükəsizlik qüvvələri dünən gecə Şeyx İsa Qasimin yaşadığı Ədduraz məntəqəsində keçirilən qəzəb aksiyasına repressiya tətbiq ediblər və nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. 

Bəhreynin hərbi məhkəməsi tərəfindən 6 gəncə qarşı edam hökmünün verilməsi Bəhreyn xalqını qəzəbləndirib və bəhreynlilər bazar ertəsi günündən bəri etiraz aksiyaları keçirir bu işdə Bəhreyn kralını təqsirli bilirlər. 

Ali-Xəlifə rejimi Bəhreyn şiələrinin rəhbəri şeyx İsa Qasimə qarşı məhkəmə işi açaraq 2016-cı ildən bəri onun yaşadığı əraziləri mühasirəyə alıb və orada şiələrin cümə namazı mərasiminə qadağa qoyub. 

Bəhreyn 2011-ci il 14 fevraldan bəri xalqın Ali-Xəlifə rejiminə qarşı inqilabının səhnəsidir və Bəhreyn xalqı azadlıq və ədalət istəyir, ayrı-seçkiliklərə son qoyulmasına, xalq hökumətinin yaradılmasına çağırır. 

Teqlər