Dek 30, 2017 18:20 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Yəmənə qarşı təcavüzə son qoysun
    Səudiyyə Ərəbistanı Yəmənə qarşı təcavüzə son qoysun

3 beynəlxalq təşkilat Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarının dərhal dayandırılması və bu ölkə xalqına humanitar yardımların başlanmasını istəyib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin uşaq fondu( UNİCEF) , Ümumdünya Səhiyyə Təşkilatı və Ərzaq Fondu müştərək bəyanat yayaraq bildiriblər ki, Səudiyyə rejiminin Yəmənə qarşı hücumları bu ölkədə insani böhrana səbəb olub. 

Bu məlumata görə, Yəmən xalqının 75 faizi o sıradan 11 milyon 300 min uşaq təcili humanitar yardımlara ehtiyaclıdır. 

Bəyanatda deyilir: Yəmənlilərin ən azı 60 faizi ərzad təhlükəsizliyindən məhrumdur və 16 milyon yəmənli səhiyyə imkanları və təmiz içməli su əldə edə bilmir. 

Bəyanatda təkid olunur ki, Səudiyyə rejimi tərəfindən Yəmənə yanacaq idxalatına qoyulan maneələr mazotun bahalaşmasına səbəb olub və bu da səhiyyə və tibbi xidmətlərə öz mənfi təsirini göstərməkdədir. 

Bəyanatda xəstəxanalar, Elektrik Stansiyaları və 3 milyondan çox yəmənlinin yanacağa olan ehtiyacına toxunularaq bildirilir ki, Yəməndə yanacaq və içməli suyun qiyməti son vaxtlar altı qat artıb. 

Səudiyyə Ərəbistanı ABŞ və BƏƏ-nin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hücum etdi və eyni zamanda bu ölkəni quru, dəniz və havadan mühasirəyə almışdır. Bu durum nəticəsində indiyədək on minlərlə yəmənli ölüb və yaralanıb və milyonlarla insan didərgin həyatı yaşayır. 

Teqlər