Məscidül-Əqsanın xətibi: Qüds Fələstinin paytaxtıdır
Məscidül-Əqsanın xətibi deyib: Bütün dünya Qüdsün Fələstinin paytaxtı olmasını bilməlidir.
İRNA-nın verdiyi məlumata görə, Məscidül-Əqsanın xətibi şeyx Əkrəmə Səbri bu gün ərəb ölkələrinin Trampın Qüdsə qarşı qərarına kifayət qədər reaksiya vermədiklərini qınayaraq deyib: Qüds barədə səhlənkarlığa yol verən hərkəs Məkkə və Mədinə qarşısında səhlənkarlıq etmiş kimidir.
Məscidül-Əqasanın xətibi deyib: Fələstin, Qüds və Məscidül-Əqsa biri-birinə bağlıdır. Fələstin dedikdə Qüds yada düşür, Qüds dedikdə Məscidül-Əqsa yada düşür və bunarı biri-birindən ayırmaq mümkün deyil.
Şeyx Səbri ərəb ölkələrinin reaksiyası barədə deyib: Ərəb dövlətlərinin heç biri Amerika ilə əlaqələrini kəsmədi yaxud məhdudlaşdırmadı. Onların heç biri hətta Trampın Qüdsə qarşı qərarı ilə əlaqədar ABŞ-ın səfirinə nota belə vermədilər. Bu dövlətlər sadəcə bəyanat verməklə kifayətləndilər və bu Qüds qarşısında səhlənkarlıq deməkdir.
ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabrda Qüdsü sionist rejimin paytaxtı elan etdi və Amerikanın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə təlimat verdi.