Dek 31, 2017 16:40 Asia/Baku
  • Bəhreyn şiələri dağıdılmış məsciddə namaz qılıblar
    Bəhreyn şiələri dağıdılmış məsciddə namaz qılıblar

Bəhreyn şiələri dünən gecə öz şam və xıftən namazlarını Ali-Xəlifə rejimi tərəfindən dağıdılmış Əl-Ələviyyat məscidinin xarabalıqlarında qılıblar.

Bəhreyndə etirazların başlandığı 2011-ci ilin fevralından bəri aşkar şəkildə Bəhreyn şiələrinin azı 39 məscidi dağıdılıb.

Bu məlumata görə, Bəhreyn rejimi beynəlxalq təzyiqlər altında dağıdılmış məscidlərin 42 faizini bərpa edib, onların bəzilərinin yerlərində isə park və muzeylər salıbdır.

Bəhreyn xalqı Ali-Xəlifə rejiminin sərt rəftarlarına rəğmən, öz haqqına israr edərək, Bəhreyn hökumətinin beynəlxalq hüquq normalarına zidd olan məscidlərin dağıdılması üzrə hərəkətlərini pisləyib və dağıdılmış məscidlərdə camaat namazı qılır. Bəhreynlilərin bu addımı dəfələrlə namazqılanların və imamcamaatların çağırılmaları və həbs olunmaları ilə nəticələnibdir.

Teqlər