Dek 31, 2017 18:52 Asia/Baku
  • İraqın şərqində 11 İŞİD-çi öldürülüb
    İraqın şərqində 11 İŞİD-çi öldürülüb

İraqın təhlükəsizlik rəsmiləri Diyalə vilayətində İŞİD ünsürlərindən azı on bir nəfərin öldürülməsindən xəbər veriblər.

İraqın təhlükəsizlik qüvvələri Diyalə vilayətinin şimal-şərqində İŞİD qalıqlarına qarşı başladıqları əməliyyatda bir qrup İŞİD-çini öldürməkdən əlavə, onların mövqelərinə ağır xəsarətlər vura biliblər.

İŞİD-in İraqdakı mövcudluğunun başa çatdığı bir halda, hələ bu qrupun tabeliyində olan ünsürlər İraqın bəzi məntəqələrində pərakəndə və kiçik qruplar formasında iştirak edir və cinayətlər törədirlər.

Teqlər