Ramullah şəhərində fələstinli yeniyetmə şəhid olub
İordan çayının qərb sahilinin mərkəzində Ramullah şəhərnin şimal-qərbində sionist hərbçilərin atəş açması nəticəsində fələstinli yeniyetmə şəhid olub.
İRİB-in məlumatına görə, Ramullahın şimalında Deyr Nizam kəndində güllə yarası alan 17 yaşlı fələstinli yeniyetmə Məsəb Fras Ət-Təmimi yaralarının ağırlığı üzündən çərşənbə günü şəhid olub.
Fələstinin tibb dairələri bildiriblər: Bu fələstinli gənc sionist rejim hərbçilərinin atəş açması nəticəsində baş nahiyəsindən güllə yarası almışdı. Sionist hərbçilər yaxın məsafədən fələstinli yeniyetməyə atəş açmışdılar.
Sionist rejim hərbçilərinin Deyr-Nizam kəndində fələstinlilərlə toqquşmasında üç fələstinli gənc yaralanıb.
Fələstinlilərlə sionist hərbçilər arasında toqquşma ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra başlanıb. Bu toqquşmalarda indiyə qədər 17 fələstinli şəhid olub, yüzlərlə fələstinli yaralanıb.