Suriya ordusu yeni uğura imza atıb
-
Suriya ordusu yeni uğura imza atıb
Suriya ordusu cənub-qərbdə Qünəytrə ətrafında Hizr məntəqəsinin şərqində əl-Həmr strateji yüksəklikləri tam şəkildə geri aldıqdan sonra Dəməşq-Qünəytrə cənub-qərb istiqamətində yeni strateji nailiyyəti əldə edib.
Mehr İnformasiya Agentliyinin Suriyanın SANA rəsmi informasiya agentliyinə istinadla verdiyi məlumata görə, Suriya ordusu Dəməşqin cənub-qərb ətrafında Qərbi Qutəni təmizləməklə və əl-Həmr yüksəkliklərini nəzarətə götürməklə sionist rejimə bağlı terrorçu və təkfirçi qruplaşmaları məğlubiyyətlə üzləşdirib.
Məlumata görə, Suriya ordusu bu ölkə bayrağını əl-Həmr yüksəkliklərində dalğalandırıb və ötən illərdə terrorçuların nəzarətində olan və minaatanlar və raketlə hücum etdikləri Hizr bölgəsinin şərqində yerləşən strateji yüksəkliklərdə mövqeyini gücləndirib.
Bu arada Suriya ordusu ötən üç ayda terror qruplaşmalarını təslim olmağa və Suriya ordusunun ağır silahları təhvil vermək və bölgəni tərk etmək kimi şərtlərini qəbul etməyə məcbur edib. Belə ki, bu bölgələrin minalardan təmizlənməsi ilə onun sakinləri öz evlərinə qayıda bilsinlər.