Ərəbistanlı yazar krallıqda korrupsiyanı tənqid etdiyinə görə saxlanılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291205-Ərəbistanlı_yazar_krallıqda_korrupsiyanı_tənqid_etdiyinə_görə_saxlanılıb
Səudiyyə Ərəbistanında fəallar bildiriblər: Bu ölkə rəsmiləri bir yazarı Ərəbistan krallığında korrupsiyanı tənqid etdiyinə görə həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2018 10:55 Asia/Baku
  • Ərəbistanlı yazar krallıqda korrupsiyanı tənqid etdiyinə görə saxlanılıb

Səudiyyə Ərəbistanında fəallar bildiriblər: Bu ölkə rəsmiləri bir yazarı Ərəbistan krallığında korrupsiyanı tənqid etdiyinə görə həbs ediblər.

Təsnim Xəbər Agentliyinin ərəbi-21 portalına istinadla verdiyi məlumata görə, Ərəbistanın əl-Vətən qəzetində fəaliyyət göstərən yazar Saleh əl-Şeyhi 8 dekabrda Ərəbistan krallıq sarayında korrupsiya və ərazilərin bəzi şəxslərə verilməsindən söz açıb.

Saleh əl-Şeyhinin qənaətincə, Ərəbistanda vətəndaşlara ərazilərin verilməsi prosesi durdurulsa da, Ərəbistanın krallıq ofisinin rəhbəri, krallıqdakı hər hansı rəsmi, hətta krallıq sürücüsü ilə tanış olarsa, bir torpaq ərazisi ala bilər.

Bu ərəbistanlı yazar Ərəbistan hökumətinin ötən illər ərzində korrupsiya ilə mübarizədə ciddi olmadığını tənqid edərək vəliəhd Məhəmməd Bin Salmandan korrupsionerlərin mühakiməsini davam etdirməsini istəyib.

Bu arada BMT-nin insan haqları üzrə ekspertləri çərşənbə axşamı günü bir bəyanatda hüquq və azadlıq fəallarının ərəbistanda repressiya edilməsinin durdurulmasını istəyiblər. Həmin fəallar hüquq və siyasi müstəvidə fəaliyyət göstərdiklərinə görə, ötən sentyabrdan həbsdədirlər.

Bu bəyanata əsasən, 60-dan çox dini alim, yazar, jurnalist və insan haqları fəalı 2017-ci il sentyabr ayından həbs olunub. Ərəbistanın İnsan Haqları Şurasına 2016-cı ilin sonunda üzv seçilməsinə rəğmən, bu ölkə hökuməti insan haqları müdafiəçiləriə zülm, zorakılıq və onların həbsi prosesini davam etdirir.