Sionist işğalçıların hücumlarında fələstinlilər yaralanıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291211-sionist_işğalçıların_hücumlarında_fələstinlilər_yaralanıblar
İordan çayının qərb sahilində Beyt-Ləhmdə sionist rejim hərbçilərinin hücumu nəticəsində 10 fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2018 13:51 Asia/Baku
  • Sionist işğalçıların hücumlarında fələstinlilər yaralanıblar

İordan çayının qərb sahilində Beyt-Ləhmdə sionist rejim hərbçilərinin hücumu nəticəsində 10 fələstinli yaralanıb.

Fələstin İnformasiy Mərkəzinin məlumatına görə, İsrail rejimi hərbçiləri Beyt-Ləhm şəhəri yaxınlığında düşərgədə fələstinlilərə qarşı döyüş güllələri, səs bombaları və göz yaşardıcı qazlardan istifadə ediblər. Nəticədə bir qrup fələstinli yaralanıb. 

Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, yaralılar Beyt-Ləhm yaxınlığında Beyt Cala xəstəxanasına nəql olunublar. Onlardan bəzisinin vəziyyəti ağırdır. 

Sionist rejim hərbçiləri çərşənbə günü də İordan çayının qərb sahilində müxtəlif şəhərlərdə on fələstinlini saxlayıblar. 

Sionist rejimin bu hücumlar və həbslərdə məqsədi Qüdsün azadlığı intifazəsini repressiya etməkdir.