Qərb sahilində bir fələstinli şəhid edilib
İordan çayının qərb sahilində bir sionist idarə etdiyi avtobus ilə bir fələstinlini əzərək, onu şəhid edib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Beyt-Ləhmin Ərtas kəndinin sakini olan Rami İsa Xəlil Əsəd adlı fələstinli cümə axşamı Xızır qəsəbəsinin yaxınlığında bir sionistin idarə etdiyi avtobus ilə vurularaq, şəhid edilib.
Fələstinli şəhidin ailə üzvlərinin dediklərinə görə, övladlarının avtobus ilə vurulmasından 5 saat sonra şəhidin cənazəsi onlara təhvil verilib. Rami İsa Xəlil Əsədin cənazəsi bu gün cümə namazından sonra doğulduğu Ərtas kəndində son mənzilə kimi müşayiət ediləcək.
İsrail rejiminin 2017-ci ilin dekabrında həyata keçirdiyi hücumlarda 4 fələstinli şəhid olub, 3454 fələstinli yaralanıb, 700 nəfər isə həbs edilib.