Fələstinlilər Qüdsün yunan yepiskopuna ayaqqabı atıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291561-fələstinlilər_qüdsün_yunan_yepiskopuna_ayaqqabı_atıblar
Yüzlərlə fələstinli Qüdsün yunan yepiskopunun Fələstin ərazilərinin sionistlərə satılmasındakı roluna etiraz olaraq, onun avtomobilinə ayaqqabı, yumurta və butulka atıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2018 17:21 Asia/Baku
  • Fələstinlilər Qüdsün yunan yepiskopuna ayaqqabı atıblar
    Fələstinlilər Qüdsün yunan yepiskopuna ayaqqabı atıblar

Yüzlərlə fələstinli Qüdsün yunan yepiskopunun Fələstin ərazilərinin sionistlərə satılmasındakı roluna etiraz olaraq, onun avtomobilinə ayaqqabı, yumurta və butulka atıblar.

İRNA-nın məlumatına görə, yüzlərlə fələstinli şənbə günü axşam Qüdsün Ortodoks Kilsəsinin yunan yepiskopu 3-cü Teofilus tərəfindən ortodoks kilsəsinə vəqf edilmiş ərazilərin İsrailə satılması ilə bağlı müqavilələri imzalamasına etiraz olaraq, Beyt Ləhmdəki Əl-Məhd kilsəsinə daxil olduğu zaman onun avtomobilinə tərəf ayaqqabı, yumurta və butulka atıblar. Narazı kütlə yunan yepiskopu xain və İsrailin muzduru adlandırıblar. 

Fələstinin şəhər şuralarının üzvləri də 3-cü Teofilusu qarşılama mərasimində iştirakdan imtina ediblər.