Qahirə Trampın Qüds əleyinə qərarı ilə razılığı barədə yayılmış xəbərləri təkzib edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291563-qahirə_trampın_qüds_əleyinə_qərarı_ilə_razılığı_barədə_yayılmış_xəbərləri_təkzib_edib
Misir hökuməti Amerikada çıxan bir qəzetin Qahirənin ABŞ prezidenti Donald Tramprın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması ilə razılaşması haqdakı xəbərini təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2018 17:57 Asia/Baku
  • Qahirə Trampın Qüds əleyinə qərarı ilə razılığı barədə yayılmış xəbərləri təkzib edib
    Qahirə Trampın Qüds əleyinə qərarı ilə razılığı barədə yayılmış xəbərləri təkzib edib

Misir hökuməti Amerikada çıxan bir qəzetin Qahirənin ABŞ prezidenti Donald Tramprın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması ilə razılaşması haqdakı xəbərini təkzib edib.

Əl-Yəum Əl-Sabe internet portalının verdiyi məlumata görə, Misirin Prezident Administrasiyası bir bəyanat yayaraq, Nyu-York Tayms qəzetinin Qahirənin Trampın Qüdslə bağlı qərarı ilə razılaşması haqdakı iddiasının naməlum bir şəxsə istinadla irəli sürüldüyünü bildirib. 

Nyu-York Tayms qəzeti şənbə günü Misirin təhlükəsizlik xidmətinin zabiti olan Əşrəf Əl-Xuli adlı bir şəxsə aid olduğunu iddia etdiyi bir səs yazısına istinadla Qahirənin dolayısı ilə Trampın Qüdslə bağlı qərarı ilə razılaşdığını yazıb. Bu səs yazısında deyilir: Misir fələstinlilərdən Qüdsün yerinə Ramallah şəhərini Fələstinin paytaxtı elan etmələrini istəyir.