Ali-Xəlifə məhkəməsi 6 yeniyetmə və gənci azadlıqdan məhrum edib
Ali-Xəlifə rejiminin Apelyasiya Məhkəməsi 16-20 yaşlı 6 Bəhreyn vətəndaşını qeyri-qanuni aksiyada iştirak etmək və Əd-Diyə bölgəsində polis məmurlarına hücum etmək ittihamı ilə 2-3 il azadlıqdan məhrum edib.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, bu şəxslər Manamanın qərbində Əd-Diyə bölgəsi gəncləri mənzillərin ətrafına toplaşmaq və 4 polis məmurunu döyməkdə ittiham olunurlar.
Ali-Xəlifə rejimi saxta iddialar və təhlükəsizlik fəndləri ilə siyasi fəalların repressiyasını genişləndirməyə çalışır. Elə buna görə, indiyə qədər yüzlərlə Bəhreyn vətəndaşı, xüsusilə də siyasi fəallar Ali-Xəlifə rejimi təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıblar.
Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejimi əleyhinə dinc ictimai etirazların şahididir. Bəhreynlilər azadlıq, ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin iqtidara gəlməsini istəyirlər.