Suriya ordusundan sionist rejimə qətiyyətli cavab
-
Suriya ordusundan sionist rejimə qətiyyətli cavab
Suriyanın ordusu və silahlı qüvvələrinin baş komandanlığı bu ölkənin hava hücumundan müdafiə qüvvələrinin sionist rejimin bu gün səhərçağı Suriyanın "Rif Dəməşq" vilayətinə qarşı raket hücumuna cavabından xəbər verib.
Suriyanın ordusu və silahlı qüvvələrinin baş komandanlığı bildirib ki, sionist qırıcılar bu gün səhərçağı Livan səmasından Suriyanın "Rif Dəməşq" vilayətində yerləşən Əlqətifə məntəqəsinə tərəf bir neçə raket atıblar.
Suriyanın ordusu və silahlı qüvvələrinin baş komandanlığı sionist rejimin hücumlarına cavab verməyə və terror qrupları ilə mübarizəni davam etdirməyə hazır olduğunu bildirib. Komandanlıq vurğulayıb ki, Suriyanın hava hücumundan müdafiə qüvvələri sionist rejimin dörd raketindən birini hədəfə alıblar. Yerdə qalan üç raket isə Suriyanın hərbi mövqelərinin yaxınlığına düşüb. Tələfat yoxdur.
Sionist rejim qırıcıları yanvarın dördündə də Dəməşq ətrafında yerləşən Əlqasiyyun dağlarındakı bir silah və sursat anbarını hədəfə almışdılar.
Sionist rejim dəfələrlə terrorçulara dəstək çərçivəsində Suriyanın infrastrukturları və bu ölkə ordusunun mövqelərini hədəfə alıbdır.