Təizdə 12 Yəmən vətəndaşı öldürülüb
Səud qırıcılarının Yəmənin Təiz vilayətinə qarşı bugünkü hücumlarında azı 12 yəmənli həyatını itirib, bir qrup yəmənli də yaralanıbdır.
Ərəbistan qırıcıları həmçinin Yəmənin Əlhudəydə vilayətinə hücum edərək, beş yəmənli fəhləni öldürüblər.
Belə bir halda, BMT-nin İnsan Haqları Şurasının baş komissarı Rəəd Əlhusəyn Yəmən xalqının durumunu bu ölkəyə qarşı hücumlardan və onun mühasirəsindən sonra faciəli adlandırıb.
Rəəd Əlhusəyn deyib ki, BMT öz təsisindən bəri bu qədər insan tələfatı və maliyyə xəsarəti görməyibdir.
BMT-nin İnsan Haqları Şurasının baş komissarı əlavə edib: BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının bütün daimi üzvlərindən istəyibdir ki, Yəmənə qarşı mühasirəni ləğv etməsi üçün Ərəbistanı təzyiq altında qoysunlar, lakin hələ bir nəticə əldə olunmayıbdır.